00:00:00
Yazar
Admin User
26.05.2025 17:34 133 1 dəq oxuma
Dünya

Almaniya, Ukraynaya verilən silahlara dair mənzil məhdudiyyətlərini aradan qaldırıb

Almaniya, Ukraynaya verilən silahlara dair mənzil məhdudiyyətlərini aradan qaldırıb

Merz, Qərbi Alman Yayım Şirkətinin (WDR) Berlində təşkil etdiyi Avropa Forumu tədbirində etdiyi çıxışda, “Artıq Ukraynaya verilən silahlarda mənzil məhdudiyyəti yoxdur. Nə ingilislərdən, nə fransızlardan, nə bizdən, nə də amerikalılardan”,- deyib.

 

Bu vəziyyətin Ukraynanın artıq özünü müdafiə edə biləcəyi mənasına gəldiyini bildirən Merz, “(Bu) Məsələn Rusiyadakı hərbi mövqelərə hücum edərək də özünü müdafiə edə biləcəyi deməkdir. Bir müddət əvvələ qədər bunu edə bilmirdi. Çox az istisna xaricində bunu edə bilmirdi. İndi edə bilir. Buna terminologiyada uzun mənzilli atəş deyirik, yəni Ukraynanın Rusiyanın daxili bölgələrindəki hərbi hədəflərə hücum edən silahlarla təchiz edilməsi”, ifadəsini işlədib.

 

Rusiyanın mülki hədəflərə amansız hücum etdiyini vurğulayan Merz, “Şəhərləri, uşaq bağçalarını, xəstəxanaları və yaşlı evlərini bombalayır. Ukrayna isə bunu etmir. Və bunun belə qalmasına böyük əhəmiyyət veririk. Ancaq yalnız öz ərazisindəki hücumkara qarşı müdafiə olunan bir ölkə özünü kifayət qədər müdafiə edə bilməz. Ukraynanın bu müdafiəsi artıq Rusiyanın ərazisindəki hərbi infrastruktur hədəflərinə qarşı da həyata keçirilir”,- deyə bildirib.

 

Merz həmçinin Rusiya Prezidenti Vladimir Putinin dialoq təkliflərini zəiflik kimi gördüyünü ifadə edərək, “Vatikanın görüş təklifi belə onun təsdiqini almazsa, bu müharibənin arzuladığımızdan daha uzun çəkəcəyinə hazır olmalıyıq. Ancaq yenə də hər fürsəti dəyərləndirməli, danışıqlara başlamağa çalışmalıyıq”,- deyə əlavə edib.

 

 

TRT Xəbər 

Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər