00:00:00
Yazar
Admin User
18.09.2025 19:14 128 2 dəq oxuma
Siyasət

Almaniya vətəndaşlarını İrandan çıxarır

Almaniya vətəndaşlarını İrandan çıxarır

Berlin təhlükəsizlik səbəblərini əsas gətirərək İrandakı vətəndaşlarını təxliyə etməyə başlayıb. Bu addım bölgədə yeni gərginlik gözləntiləri ilə əlaqələndirilir və beynəlxalq səviyyədə diqqət mərkəzinə düşüb.

 

Mövzu ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, İran artıq riskli ölkə kimi qiymətləndirilir və digər ölkələr öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyən ölkələrə getməməsi barədə tövsiyələr verirlər:

 

“İsraillə İran arasında mövcud atəşkəs rejimi çox kövrəkdir və hər an pozula bilər. Bu vəziyyət ölkəyə səfər edən xarici vətəndaşların, o cümlədən Almaniya vətəndaşlarının həyatını ciddi risk altında qoyur. Almaniya buna görə vətəndaşlarını təxliyə etmək qərarına gəlib. İranda Avropa ölkələrinin çox vətəndaşı olmaya bilər, lakin diplomatik olaraq bütün Avropa ölkələrinin Xarici İşlər Nazirlikləri vətəndaşlarını təhlükəsiz təmin edilməyən ölkələrə göndərməməyi tövsiyə edir. Bu davamlı olaraq edilən tövsiyələrdən biridir və ola bilsin ki, digər ölkələr də Almaniyanın addımını təkrarlasın. Bu proses Almaniya ilə İran arasındakı münasibətlərin pozulmasına və ya güclənməsinə birbaşa təsir göstərməyəcək. Almaniya Avropa Üçlüyünün bir üzvü olaraq İranla diplomatik dialoqa davam edir. Almaniya, Britaniya və Fransa ilə birlikdə İran qarşısında müəyyən şərtlər irəli sürülüb. Təxliyə yalnız vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və diplomatik münasibətləri dəyişdirmir. Eyni zamanda bu addım dünyaya və regiona mesaj verir ki, təhlükəsizlik hər şeydən üstün tutulur və ölkələr vətəndaşlarının müdafiəsini əsas məsələ hesab edir”.

Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər