00:00:00
Yazar
Admin User
26.08.2025 08:14 109 1 dəq oxuma
Dünya

Almaniya XİN: Putin Ukraynada müharibəni dayandırmağa hazır olduğunu dünyaya sübut etməlidir

Almaniya XİN: Putin Ukraynada müharibəni dayandırmağa hazır olduğunu dünyaya sübut etməlidir

Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Rusiyaya təzyiq gücləndirilməlidir.

 

“İnformator.az” xəbər verir ki, nazir bunu ABŞ, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Ukraynadan olan həmkarları ilə müşavirənin yekunları üzrə “X” hesabında yazıb.

 

"Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmağa hazır olduğunu dünyaya sübut etməlidir. Dünən həmkarlarımla danışdım. Biz yekdil fikirdəyik: Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Rusiyaya təzyiqi gücləndirmək lazımdır", - o yazıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər