00:00:00
Yazar
Admin User
30.01.2026 18:15 54 2 dəq oxuma
Dünya

Almaniyada tütün vergilərinin artırılması təklif olunur

Almaniyada tütün vergilərinin artırılması təklif olunur

Almaniyada hakim koalisiyaya daxil olan siyasətçilər tütün məhsullarına tətbiq olunan vergilərin artırılmasını təklif edirlər. Onların fikrincə, bu addım həm siqaret istehlakını azaldacaq, həm də zərər edən icbari tibbi sığorta sisteminə əlavə maliyyə mənbəyi yaradacaq.

 

Siyasətçi Hendrik Ştrekin sözlərinə görə, tütün istehlakı Almaniyada hər il təxminən 131 min insanın həyatına son qoyur. O bildirib ki, siqaretlə bağlı xərclər səhiyyə sisteminə 30 milyard avrodan çox birbaşa ziyan vurur, bununla yanaşı, iqtisadiyyata dəyən ümumi itkilər 70 milyard avroya yaxınlaşır. Ştrek qeyd edib ki, vergilərin artırılması ictimai sağlamlığın qorunması baxımından ən effektiv vasitələrdən biridir.

 

Kansler Fridrix Mertsin rəhbərlik etdiyi CDU/CSU alyansının üzvü Hans Tayss isə əlavə edib ki, tütün vergilərindən əldə olunan gəlirlər dərmanlara tətbiq edilən əlavə dəyər vergisinin 19 faizdən 7 faizə endirilməsinə yönəldilə bilər. Onun fikrincə, bu dəyişiklik icbari tibbi sığorta fondlarına illik 7 milyard avroya qədər əlavə vəsait qazandıracaq və uzunmüddətli maliyyə təzyiqlərini azaldacaq.

 

Sosial Demokrat Partiyasının nümayəndəsi Karl Lauterbah da təşəbbüsü dəstəkləyərək bildirib ki, alkoqollu içkilərə tətbiq olunan vergilər də artırılmalıdır. O vurğulayıb ki, vergi artımı istehlakı azaldacaq və əldə edilən əlavə gəlirlər səhiyyə sisteminə yönəldilərək sığorta fondlarının maliyyə yükünü yüngülləşdirəcək.

 

Təklif olunan dəyişikliklərə əsasən, 20 ədəd siqaret qutusunun orta qiymətinin təxminən 9 avrodan 11 avroya yüksəlməsi gözlənilir. Hazırda Almaniyada standart bir qutu siqaret üçün tətbiq olunan tütün vergisi təxminən 3,60 avro təşkil edir.


ANEWZ

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər