00:00:00
Yazar
Admin User
20.12.2024 17:54 243 1 dəq oxuma
Dünya

Almaniyada tapılan gümüş amulet xristian tarixini yenidən yaza bilər

Almaniyada tapılan gümüş amulet xristian tarixini yenidən yaza bilər

Almaniyada arxeoloqların aşkar etdiyi kiçik bir gümüş amulet mütəxəssislərin dediyinə görə, xristianlığın Roma İmperiyasının tərkibində necə yayıldığını anlamağımızı dəyişə bilər.

 

Bu kiçik əşya, təxminən 1.4 düym (3.6 santimetr) uzunluğunda olub, 2018-ci ildə Frankfurtun yaxınlığında yerləşən Roma dövrünə aid bir qəbrdə aşkar edilib.

 

Arxeoloqlar onu, Roma şəhəri Nidada yerləşən qəbiristanlıqda dəfn olunmuş bir kişinin sümükləri üzərində tapıblar. Nida, Almanya'nın Hessen əyalətinin mərkəzindəki ən böyük və ən mühüm arxeoloji sahələrdən biridir.

 

Lakin araşdırmaçılar, içində nazik bir gümüş folqa tapılan bu amulet üzərində araşdırma aparmaq üçün bu vaxta qədər gözləməli olublar.

 

Qəbirdə tapılan digər əşyalarla, məsələn, tütsü daşıyıcısı və gil qab ilə birlikdə, amuletin sümüklərin altına yerləşdirildiyi müəyyən edilib. "Fılaqter" adlanan bu amulet, ehtimal ki, kişinin boynunda bir zəncirlə daşınaraq, ona mənəvi qorunma təmin etmək məqsədilə istifadə olunub.

 

Mənbə: CNN

Nuray Qurbanlı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər