00:00:00
Yazar
Admin User
10.05.2024 18:20 460 1 dəq oxuma
Dünya

Almaniyada yüzlərlə insan Tesla zavoduna hücum edib

Almaniyada yüzlərlə insan Tesla zavoduna hücum edib

Yüzlərlə anti-Tesla fəalı Almaniyanın paytaxtı Berlin şəhərindəki fabriklərdən birinə hücum edib. Alman polisinin müdaxilə etdiyi hadisədən sonra bəzi fəallar saxlanılıb. Hadisədən sonra Tesla cümə axşamından bazar gününə kimi fabrikdə istehsalı dayandırmaq qərarına gəlib.

Grünheidedəki GigaBerlin Tesla fabrikinə axın edən bəzi fəallar fabrik ərazisinə girməyə cəhd ediblər. Bu arada alman polisi icazəsiz girişin qarşısını almaq üçün bir neçə nəfəri saxlayıb.

 

Tesla cümə axşamından bazar gününə kimi fabrikdə istehsalı dayandırmağa qərar verərkən, cümə axşamı ölkənin milli bayramı olduğu üçün bu qərarın yalnız cümə gününə təsir edəcəyi bildirilib. Etirazların görüntüləri sosial mediada paylaşılarkən, sözügedən videolarda yüzlərlə etirazçıya müdaxilə edildiyi görünür.

 

Etirazçılar Aeroporta Girməyə Çalışıblar

 

Cümə günü fəallar Noyhardenberqdəki keçmiş hava limanına da girməyə cəhd ediblər. Sözügedən hava limanının Tesla avtomobillərinin müvəqqəti park edildiyi yer olduğu və bu vəziyyətin şirkətin fəaliyyətinə mənfi təsir göstərdiyi bildirilib. Polis hadisə zamanı atəşfəşanlıqdan da istifadə edildiyini bildirib.

Nümayişlər zamanı çoxlu adam saxlanılsa da, Grünheide bölgəsində və fabrikin qarşısında güclü polis varlığı müşahidə edilib. Polis sözçüsünə görə, fəallar indiyədək Tesla fabrikinə daxil ola bilməyiblər.

 

 

Zeynəb Mustafazadə

Mənbə:Haberler

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər