00:00:00
Yazar
Admin User
17.11.2025 19:26 123 1 dəq oxuma
Dünya

Almaniyada yanvar–sentyabr dövründə 930 islamofob cinayət törədilib

Almaniyada yanvar–sentyabr dövründə 930 islamofob cinayət törədilib

Almaniyada bu ilin yanvar–sentyabr dövründə 930 islamafob cinayətin törədildiyi bildirilib.

 

Almaniya hökuməti Sol Partiyasının parlament fraksiyasının İslamofob cinayətlərə dair sual təklifini cavablandırıb.

 

Buna görə Federal Cinayət İdarəsinə 2025-ci ilin birinci rübündə 469 islamofob cinayət bildirilib, ikinci rübdə bu rəqəm 316, üçüncü rübdə isə 145 olub.

 

Bu çərçivədə birinci rübdə 283, ikinci rübdə 172, üçüncü rübdə isə 85 şübhəli müəyyən edilib, ümumilikdə 5 nəfər saxlanılıb, lakin onlar barəsində həbs qərarı çıxarılmayıb.

 

2025-ci ilin yanvar–sentyabr dövründə məscidlərə qarşı 31 hücum həyata keçirilib.

 

Bu cinayət və hücumlar nəticəsində biri ağır olmaqla ümumilikdə 38 nəfər yaralanıb.

 

Hökumətin cavabında qeyd edilib ki, törədilən “islamofob” cinayətlər arasında ictimaiyyəti təhrik etmə, təhqir, hədələmə, konstitusiyaya zidd təşkilatların simvollarından istifadə, əmlaka ziyan vurma və adam yaralama halları var və bu cinayətlərin böyük hissəsi radikal sağçılar tərəfindən törədilib.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər