00:00:00
Yazar
Admin User
20.11.2025 18:49 107 1 dəq oxuma
Siyasət

Almaniyadan Ukraynaya Uzaqmənzilli Raket Dəstəyi

Almaniyadan Ukraynaya Uzaqmənzilli Raket Dəstəyi

Son bir neçə ay ərzində biz Ukrayna hökuməti ilə uzaqmənzilli raket layihələrinin həyata keçirilməsi üzərində fəal əməkdaşlıq edirik. Ukrayna bu cür silahlar alacaq və bu işi davam etdirəcəyik.

Bunu Almaniya kansleri Fridrix Merz deyib.

O, Ukraynanın uzaqmənzilli raketləri nə vaxt alacağı barədə məlumat verməyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, müharibənin başa çatması ehtimalı azalıb:

 

“Məsələ ondadır ki, Rusiya–Ukrayna müharibəsi artıq ABŞ və Avropa arasında rəqabətə çevrilib və daha mürəkkəb bir mərhələyə daxil olub. ABŞ müharibəni dayandırmaq üçün bütün imkanlarını səfərbər etsə də, Avropa tərəfi müharibənin davam etməsində maraqlıdır.

ABŞ danışıqlar masasını qurmağa çalışdığı halda, Avropada Ukraynaya təzyiqlər artır və Ukraynaya deyilir ki, əgər müharibəni davam etdirməsən, səni tək buraxacağıq və nəticədə Rusiya səni “yeyəcək”. Bu səbəbdən Ukrayna faktiki olaraq məcbur qalır ki, müharibəni davam etdirsin.

Almaniyanın Ukraynaya uzaqmənzilli raketlər verməsi də bu strategiyanın bir hissəsidir. Təbii ki, Rusiya buna səssiz qalmayacaq və müəyyən cavablar verəcək. İndi vəziyyət elə bir yerə çatıb ki, müharibənin başa çatması ehtimalı azalıb. Əksinə, müharibənin genişlənməsi, Rusiya ilə Avropa arasında birbaşa toqquşmanın, hətta nüvə savaşı ehtimalının artdığı bir dövrə daxil olmuşuq”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər