00:00:00
Yazar
Admin User
07.05.2025 17:57 153 1 dəq oxuma
Dünya

Almaniyanın yeni kansleri seçildi

Almaniyanın yeni kansleri seçildi

Bundestaq ikinci cəhddə səs çoxluğu ilə Fridrix Mertzi Almaniyanın kansleri seçib.

 

Məsələ ilə bağlı konfliktoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Fridrix Mertz Xristian-Demokrat Partiyasının rəhbəridir:

 

“Mertz mühafizəkar ideologiyaya malikdir və Almaniya tarixindəki əvvəlki kanslerlərdən fərqlənir. O, koalisiya hökumətində mürəkkəb və məsuliyyətli rol oynayır. Mertz uzun müddət iqtisadiyyat sektorunda da çalışıb. Hazırda xarici siyasəti və iqtisadiyyatı gücləndirməyə çalışacaq. Almaniyanı beynəlxalq arenada daha güclü mövqeyə gətirməyə səy göstərəcək.

 

Mertz Ukrayna-Rusiya münaqişəsində Ukraynanın əleyhinə deyil, əksinə, onu müdafiə edir. Almaniya ilə Rusiya arasında əvvəldən mövcud olan gərginlik bu münasibətlərə də aydın şəkildə təsir edir".

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər