Amerika addım-addım vətəndaş müharibəsinə gedir
İyun ayında Los-Ancelesdə miqrantlara qarşı keçirilən sərt reydlər, Amerika cəmiyyətindəki dərin qütbləşmənin və artan zorakılığın son nümunəsi olub. Əməliyyatlar zamanı dinc etirazçılar, jurnalistlər və mülki vətəndaşlar hədəfə alınıb. Prezident Tramp etirazları yatırmaq üçün Milli Qvardiyanı işə cəlb edib. 44 nəfər saxlanılıb və onların çoxunun qanunsuz şəkildə deportasiya ediləcəyi gözlənilir.
Prezident Donald Tramp miqrasiya orqanlarını zirehli texnika və tam təchizatlı hərbçilərlə dəstəkləyərək, etirazları “üsyançı” qrupların işi kimi təqdim edib və bu qrupları Milli Qvardiyanın köməyi ilə yatırtmağa çalışıb. Baskınlar xüsusilə demokratların nəzarətində olan bölgələrdə daha da şiddətlənib. 44 nəfər saxlanılıb və onların bir neçəsinin saatlar içində qanunsuz şəkildə ölkədən çıxarılması gözlənilir.
Etirazlar böyüdükcə, polis sərt müdaxilələrə başlanıb; avtomobillər yandırılıb, daşlar atılıb. Müdafiə Nazirliyi dəniz piyadalarını hazır vəziyyətdə saxlayarkən, Ağ Ev “ölkənin təhlükəsizliyi təhdid altındadır” bəyanatı verərək sərt tədbirlərin davam edəcəyinə işarə edib.
Lakin bu hadisələr İngiltərə mediasında da geniş əks-səda doğurub. Bir çox media qurumu Amerikanın siyasi və sosial qütbləşməsinin nəzarətdən çıxaraq addım-addım vətəndaş müharibəsinə doğru getdiyini iddia edir. Tənqidçilər isə bu əməliyyatların siyasi məqsədlərlə həyata keçirildiyini, günahsız insanların zərər gördüyünü və əsas demokratik hüquqların pozulduğunu bildirirlər.
ABŞ-dəki bu böhran təkcə Los-Anceleslə məhdudlaşmayıb, ölkə üzrə artan gərginlik və zorakılıq mühitinin göstəricisi kimi dəyərləndirilir. İndi baxışlar Amerikanın gələcəyinə yönəlib. Mütəxəssislər əgər bu vəziyyət nəzarət altına alınmasa, ölkədə daha böyük və dağıdıcı daxili qarşıdurmaların qaçılmaz olacağı barədə xəbərdarlıq edirlər.
Haberler.com
Aygün Babayeva