“Amerika Yaxın Şərq siyasətində Türkiyə rektorlu bir mövqe sərgiləyir”
Donald Tramp Ərdoğanı çox güclü ordusu olan lider kimi xarakterizə edib. ABŞ lideri Suriyadakı vəziyyətlə bağlı şərh verərək, Türkiyənin vacib roluna diqqət çəkib: "Prezident Ərdoğan böyük liderdir və Suriyadakı hadisələrə əhəmiyyətli dərəcədə təsir göstərir".
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın Ərdoğanla bağlı verdiyi bu açıqlama Amerikanın Şərq siyasətindən yaranır:
"Artıq Amerika Yaxın Şərqdə Türkiyə ilə birlikdə hərəkət etmək mövqeyi ilə çıxış edir. Bununla bağlı daha öncə də Tramp Ərdoğanla bağlı bu cür açıqlamalar verib və bu da həmin prosesin davamıdır deyə düşünürəm. Amerika Yaxın Şərq siyasətində Türkiyə rektorlu bir mövqe sərgiləyir. Daha öncə də fərqli siyasət yürüdürdülər. Birinci hakimiyyəti dövründə də Amerika Yaxın Şərqdə Türkiyə ilə bağlarını çox da nəzərə almayıb. Amerika tərəfi Suriyada PKK-nın Suriyada olan YPG PD qüvvələrini dəstəkləyirdi. Bu da Türkiyənin mövqelərinə, təhlükəsizliyinə təhlükə yaradan amildir. İndiki situasiya dəyişib. Bunun konkret səbəbləri də var. Birincisi Yaxın Şərqdə artıq müharibə dövrü tədricən başa çatır və Amerika anlayır ki, Yaxın Şərqdə Türkiyənin mövqeyini nəzərə almamaq, Türkiyə ilə hesablaşmamaq Rusiya başda olmaqla Amerikanın rəqiblərinin güclənməsinə gətirib çıxarda bilər. Və burada Çin amili nəzərə alınmalıdır. Amerika Türkiyəyə qarşıdurmaya gedəcəyi təqdirdə Türkiyə məhz əks cəbhədə yığılacaq ki, bu da Amerikanın Yaxın Şərq siyasətinə ziyandır. İkincisi Suriya məsələsində Türkiyə ən əsas post əsr dövrünü əsas həlledici ölkəsi olaraq önə çıxıb. Və Amerika məcburdur ki, Suriya məsələsində Türkiyənin maraqlarını nəzərə alsın, Türkiyə ilə birlikdə hərəkət etsin. Amma məsələ təkcə Suriya ilə də yekunlaşmır. Qəzza da daxil olmaqla bütövlükdə Yaxın Şərqdə yeni bir dövr başlanır. Bu müharibələrin başa çatması, yeni əməkdaşlıqların qurulması xəttidir. Amerika anlayır ki, Türkiyə olmadan bu prosesi yekunlaşmaq mümkün deyil. Bilirik ki, Amerikanın əsas hədəflərindən biri İsrail və Ərəb dünyası arasında münasibətlərin qurulmasıdır. Ümumiyyətlə, Amerikanın Yaxın Şərqdə Türkiyənin mövqeyini nəzərə alması Amerika,Türkiyə münasibətlərinə də müsbət təsir göstərəcək".
Günel Əlili
