Amerikalı Papa XIV. Leo ilə Tramp administrasiyası arasında münasibətlər pozulubmu?
Mühafizəkar katolik podkast aparıcısı Jesse Romero Papa XIV. Leo haqqında sərt fikirlər səsləndirir.
O deyir: “Papa bizə cənnətə necə gedəcəyimizi deməlidir. Onun hökumət üzərində heç bir səlahiyyəti yoxdur, sərhədləri daxilində qalmalıdır”.
Trampın tərəfdarı olan Romero ABŞ-li Papanın və Amerika yepiskoplarının Tramp hökumətinin kütləvi deportasiya siyasətinə qarşı tənqidlərinə görə qəzəblidir. ABŞ-də hər beş nəfərdən birinin katolik olduğunu bildirən Romero Katolik Kilsəsinin Amerika cəmiyyətində və siyasətində mühüm rol oynadığını vurğulayır. ABŞ vitse-prezidenti JD Vance və nüfuzlu hüquq fəalı Leonard Leo kimi katoliklər Trampın seçki uğurunda əsas fiqurlar olub. Həmçinin xarici işlər naziri Marko Rubio və təhsil naziri Linda McMahon kimi önəmli vəzifələrdə çalışan katoliklər də ABŞ administrasiyasının mərkəzində yer alırlar. Lakin miqrasiya məsələsi Kilsənin rəhbərliyi ilə ABŞ hökuməti arasında olduğu kimi, katoliklər arasında da parçalanmaya səbəb olub.
BBC NEWS
Səmayə Səftərova
