Amerikalı senator bombaların İD-yə təhvil verilməsini istədi
Amerikalı senator Lindsey Graham (Rosfinmonitoring tərəfindən terrorçular və ekstremistlər siyahısına daxil edilib) Xirosima və Naqasakini xatırlatdıqdan sonra Fələstin-İsrail münaqişəsinə son qoymaq üçün İsrail Müdafiə Qüvvələrinə (IDF) “lazım olan bombaları” ötürməyə çağırıb. O, bu barədə NBC News-a müsahibəsində bildirib.
“Biz Xirosimanı və Naqasakini nüvə silahı ilə bombalayaraq müharibəni bitirmək qərarına gəldik. Bu, düzgün qərar idi. Müharibəni bitirmək üçün İsrailə lazım olan bombaları verin” deyib.
Senator həmçinin Qəzza zolağının cənubundakı Rəfahda quru əməliyyatı başlayanda ABŞ prezidenti Co Baydenin İsrailə silah tədarükünü dayandırmaq vədlərini pisləyib.
"Mayın 9-da Bayden İsrailə hava bombaları və artilleriya mərmilərinin tədarükünü dayandıracağı ilə hədələyib, əgər ölkə Rəfaha daxil olarsa ABŞ hava hücumundan müdafiə avadanlıqları və digər müdafiə silahlarının ötürülməsini davam etdirəcək".
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva