00:00:00
Yazar
Zəhra Həsənova
20.02.2026 20:05 27 3 dəq oxuma
Siyasət Özəl

“Amnesty International-ın bəyanatı qərəzlidir" - Politoloq

“Amnesty International-ın bəyanatı qərəzlidir" - Politoloq

Azərbaycan Milli QHT Forumu “Amnesty International” təşkilatının 17 fevral 2026-cı il tarixli açıqlamasına etiraz edərək bəyanat yayıb. Forumun mövqeyinə görə, təşkilatın Ruben Vardanyan və digər erməniəsilli şəxslərlə bağlı yanaşması qərəzlidir. Bəyanatda qeyd olunur ki, həmin şəxslərin həbsi və mühakiməsi hüquqi çərçivədə aparılır, məhkəmə qərarları siyasi təzyiqlə dəyişdirilə bilməz və regionda davamlı sülh yalnız ədalətin təmin olunması ilə mümkündür.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Amnesty International-ın bəyanatı tam qərəzlidir və reallıqla heç bir əlaqəsi yoxdur:

 

“İttiham olunan və cəzaları müəyyənləşdirilən şəxslər Azərbaycan ərazisində terrorizmlə, separatizmlə məşğul olmaqla Azərbaycan xalqına qarşı qanlı cinayətlər törədiblər, dövlət təhlükəsizliyinə ciddi təhdidlər yaradıblar. Dünya təcrübəsinə diqqət yetirsək görərik ki, separatizm bütün ölkələrdə ən sərt şəkildə qınanılır və bu əməllərlə məşğul olan şəxslər qanun qarşısında cavab verirlər. Ruben Vardanyan Azərbaycan ərazisində terrorizmi maliyyələşdirib. Bu isə terrorla məşğul olmağa bərabərdir. Eyni zamanda separatçılıq fəaliyyəti göstərib ki, bu da dövlətə və dövlətçiliyə qarşı təhlükəli cinayətdir. Amnesty International bəyan edir ki, məhkəmə prosesi qapalı şəraitdə keçirilib. Bunun reallıqla heç bir əsası yoxdur. Proseslə bağlı məlumatlar mütəmadi və sistemli şəkildə ictimailəşdirilib. İttiham olunanların hər biri vəkillə təmin olunub. Dil problemi ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir. Bu baxımdan biz növbəti dəfə görürük ki, Amnesty International olduqca qərəzli mövqədən çıxış edir və bu birinci dəfə deyil”.

 

Politoloq bildirib ki, əgər təşkilat insan hüquqlarının müdafiəsi ilə məşğuldursa, Azərbaycan xalqına qarşı törədililən cinayətlərə də münasibət bildirməlidir:

 

“Əgər Amnesty International beynəlxalq təşkilat olaraq insan hüquqlarını müdafiə edirsə, onda Azərbaycanda ədalət çərçivəsində məhkum olunan erməni separatçılarının və terrorçularının qurbanları barədə də mövqeyini açıqlamalıdır. Əks halda faktların təhrif olunduğu görünür. Azərbaycan tərəfi məhkəmə prosesini tam şəffaf, tam ədaləli şəkildə, beynəlxalq hüquq çərçivəsində həyata keçirib və bu baxımdan da hesab edirəm ki, bu sadəcə olaraq Amnesty International-ın subyektiv qərarlı mövqeydir. separatizm bu gün qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradır və hər bir dövlətin belə cinayətlərə qarşı sərt tədbirlər görmək hüququ var. Ermənistan tərəfi də məsələ ilə bağlı hər hansı kəskin mövqe ortaya qoymur. Onun sözlərinə görə, Ermənistanda Azərbaycan tərəfinin haqlı mövqedən çıxış etdiyi və dövlətə qarşı törədilən cinayətlərə görə cəza tətbiq olunduğu yaxşı anlayılır. Azərbaycan dövləti separatizmə və terrora qarşı sərt mövqe nümayiş etdirməklə beynəlxalq ictimaiyyət üçün nümunə ortaya qoyur. Bu təcrübə ondan ibarətdir ki, separatizmə qarşı qətiyyətli mübarizə aparılmalıdır. Bu, həm milli, həm də qlobal təhlükəsizlik baxımından vacibdir. Eyni zamanda dünyanın başqa ölkələrindəki separatçılar da görsünlər ki, onlar öz əməllərinə görə gec və yaxud da ki, tez qanunun sərt üzü ilə rastlaşacaqlar və öz cəzalarına çatacaqlar. Hesab edirəm ki, bunun özü də təsirli bir amil rolunda çıxış edir”.


Fatimə Hüseynli

#xəbər #bəyanatı #“amnesty #yeni #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər