00:00:00
Yazar
Admin User
24.11.2025 16:06 216 1 dəq oxuma
Siyasət

“Ana Vətən” Partiyası 35 yaşında

“Ana Vətən” Partiyası 35 yaşında

“Ana Vətən” Partiyası bu gün siyasi fəaliyyətinin 35-ci ildönümünü qeyd edir. Müstəqillik uğrunda mübarizənin ən çətin dövrlərində formalaşan partiya, ölkənin dövlətçilik yolunda atdığı addımlarda fəal iştirak edib və bu müddət ərzində milli maraqlara sədaqət prinsipini əsas istiqamət olaraq qoruyub saxlayıb.

 

“İnformator.az”a açıqlamasında “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, bu gün partiyamızın yaranmasının 35-ci ildönümüdür:

 

"35 il əvvəl xalqımızın müstəqillik uğrunda Sovet imperiyasına qarşı apardığı qətiyyətli və amansız mübarizənin fəal iştirakçıları ilə birlikdə partiyamızın təməlini qoyduq. Siyasi arenaya qədəm qoyduğumuz ilk gündən etibarən "Vətənin layiqli övladları olacağıq" andına sadiq qalaraq Ana Vətənimizin yanında olduq, çətinliklərə, itkilərə və məhrumiyyətlərə sinə gərdik. Xalqımızla birlikdə istiqlala qovuşduq, müstəqil və müasir dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlərə imza atdıq. Azərbaycanın güclənməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması istiqamətində möhtərəm Prezident İlham Əliyevin siyasi kursunu daim dəstəklədik və dövlətçiliyimizə xidmət etməkdən qürur duyduq. Dəyərli Ana Vətənçilər!, dövlət və dövlətçilik uğrunda həyata keçirdiyimiz siyasi xəttimizə heç bir təxribat təsir göstərə bilməz. Biz müqəddəs yolumuza eyni əzmlə davam edəcəyik. Partiyamızın 35 illik yubileyi münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, Sizə can sağlığı, şəxsi və siyasi fəaliyyətinizdə uğurlar arzulayıram".


Xumar Emilqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər