00:00:00
Yazar
Admin User
11.12.2025 15:31 101 2 dəq oxuma
Siyasət

Ankarada Azərbaycan-Türkiyə əməkdaşlığının regionda yaratdığı imkanlar müzakirə olunub

Ankarada Azərbaycan-Türkiyə əməkdaşlığının regionda yaratdığı imkanlar müzakirə olunub

 

Ankarada Hacettepe Universitetində Azərbaycan-Türkiyə əməkdaşlığı və Cənubi Qafqazda normallaşma mövzusunda tədbir keçirilib. Diplomatlar, ekspertlər və tələbələrin iştirakı ilə təşkil olunan tədbirdə iki ölkə münasibətlərinin regional əhəmiyyəti vurğulanıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf tempi artıq qlobal məkanda da öz real təsirlərini göstərməkdədir:

 

“Bu təsirlər Cənubi Qafqaz regionunda yeni geopolitik formalaşmasında da birbaşa rol oynayır. Çünki Azərbaycan və Türkiyə strateji müttəfiq olaraq Cənubi Qafqazda koordinasiyalı ortaq mövqedən çıxış edirlər. Bu, Ermənistanla sülh prosesinə birbaşa təsir göstərir, çünki rəsmi Ankara-Azərbaycanla yekun sülh sazişi imzalanmadan Ermənistanla sərhədləri açmaq niyyətində olmadığını birmənalı şəkildə bəyan edir. Ona görə də, Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq üçün, Azərbaycanla sülh sazişini imzalamaq məcburiyyətindədir. Digər tərəfdən, Azərbaycan və Türkiyənin koordinasiyalı ortaq fəaliyyəti Cənubi Qafqazın da gələcək taleyində birbaşa rol oynayır. Çünki Cənubi Qafqazın həm nəqliyyat, kommunikasiya, tranzit coğrafiyasına çevrilməsində Azərbaycan və Türkiyənin ortaq maraqları həlledici xarakter daşıyır. Cənubi Qafqazda maraqları olan bütün region və region ətrafı, daha dəqiq desək, Qərb ölkələri Azərbaycan Türkiyə İttifaqına həssas yanaşmaq məcburiyyətindədirlər. Yəni Azərbaycan-Türkiyə İttifaqının maraqlarını nəzərə almaq və bu iki dövlətin siyasi iradəsi ilə hesablaşmaq məcburiyyətindədir. Bu da onu göstərir ki, Cənubi Qafqazın gələcək taleyi, eləcə də, bu regionun geopolitik arxitekturasını birmənalı şəkildə Azərbaycan və Türkiyə  formalaşdırır. İstənilən yeni situasiyanın məzmun və keyfiyyəti məhz həm Bakıda, həm də Ankarada həll olunur. Bu proseslərə, təbii ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı proses də daxildir. Çünki Zəngəzur dəhlizi məhz Azərbaycanı, ümumiyyətlə, Cənubi Qafqazı, Türkiyə ilə və Türkiyə üzərindən Avropa ilə birləşdirir. Türkiyə Orta Asiyadan, Avropaya qədər uzanan yeni nəqliyyat marşrutunun tərkib hissəsidir. Bu baxımdan da, Zəngəzur dəhlizinin açılmasında və onun fəaliyyətində həm Azərbaycanın, həm də Türkiyənin birbaşa maraqları mövcuddur və bu maraqlara paralel olaraq da siyasi iradəsi mövcuddur. İstənilən halda yaxın gələcəkdə Zəngəzur dəhlizindən istifadə edəcək Avropa və Asiya ölkələrinin Azərbaycan və Türkiyə ilə daha yaxın, daha isti və daha sıx iqtisadi, ticarət və logistik əməkdaşlığa can atacağı şübhə doğurmur “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər