Ankarada təkrar emal fabrikində baş verən yanğın nəzarət altına alınıb
Ankaranın Elmadağ rayonunun Həsənoğlan Mütəşəkkil Sənaye Bölgəsində yerləşən təkrar emal fabrikində baş verən yanğın nəzarət altına alınıb.
Gecə saatlarında fabrikdə hələlik məlum olmayan səbəbdən yanğın başlayıb. Ərazidə olan şəxslərin xəbərdarlığı üzərinə hadisə yerinə çox sayda yanğınsöndürən, tikinti texnikası və 112 Təcili Tibbi Yardım qrupları cəlb olunub.
Yanğınsöndürənlərin təxminən dörd saat davam edən intensiv müdaxiləsi nəticəsində alov nəzarət altına alınıb.
Hazırda ərazidə soyutma işləri davam etdirilir.
TRT XƏBƏR
Ləman Mahmudlu