00:00:00
Yazar
Asiman Vəliyeva
24.02.2026 19:39 24 2 dəq oxuma
Siyasət Özəl

Araz River üzərində Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi başa çatıb

Araz River üzərində Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi başa çatıb

Şahin Mustafayev bildirib ki, Araz River üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi artıq tamamlanıb. Onun sözlərinə görə, sərhəd-gömrük infrastrukturunun inşası yekunlaşdıqdan sonra körpü istismara veriləcək. Layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə ən qısa marşrutla birləşdirəcək və Fars körfəzi–Qara dəniz nəqliyyat dəhlizinin mühüm hissəsinə çevriləcək.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, təbii ki, hazırda İranla bağlı gərginlik davam edir:


“Buna baxmayaraq, Azərbaycan - İran iqtisadi əməkdaşlığı çərçivəsində nəzərdə tutulan işlər davam etməkdədir. Hesab edirəm ki, mövcud lahiyənin həyata keçirilməsi müsbət addımdır və həm ölkənin inkişafı həm də regional münasibətlərin normal davamiyyəti üçün əlverişli şərait yaradır. İranla bir çox yöndən iqtisadi əməkdaşlıq hər iki ölkənin iqtisadi maraqları üçün fayda gətirə bilər. Eyni zamanda İranın təşəbbüsü ilə hazırlanan və İran, Ermənistan, Azərbaycan, Gürcüstan, Bolqarıstan, Yunanıstanı birləşdirməyi hədəfləyən, avtomobil və dəmir yolu infrastrukturunu əhatə edən beynəlxalq tranzit layihəsindən də söhbət gedir. Layihə Fars körfəzini Gürcüstan və Bolqarıstanın Qara dəniz limanlarına bağlamağı nəzərdə tutur. İran limanlarından (məsələn, Bəndər-Abbas) başlayan xətt, Ermənistan, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Qara dənizə, oradan isə Avropaya çıxışı nəzərdə tutur. Mövcud dəmir yolu və avtomobil yollarının modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması və gömrük prosedurlarının sadələşdirilməsi.
Bu layihənin məqsədi İranın sanksiyalardan yayınaraq alternativ ixrac marşrutu əldə etməsi, həmçinin region ölkələri arasında ticari əlaqələrin gücləndirilməsidir. Hazırkı vəziyyətdə bunun nə dərəcədə reallaşmasının mümkünlüyü sual altındadır. Təbii ki, ABŞ-İran münasibətlərinin müharibə həddinə çatması, eyni zamanda layihədə iştirakı nəzərdə tutulan ölkələrin bu mövzuya münasibəti bu və bu kimi layihələrin reallaşmasını mümkünsüz edə bilər. Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan ilə birləşdirən Ağbənd - Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatması və bu yolun istifadəyə verilməsi ilə yaranan nəqliyyat dəhlizi mühüm bir hadisə kimi ölkəmiz üçün əhəmiyyətli fayda gətirəcəkdir”.


Gövhər Mehyəddinova

#başa #çatıb #gündəm #üzərində #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər