00:00:00
Yazar
Admin User
04.12.2025 05:17 108 1 dəq oxuma
Dünya

Argentina ABŞ-dən "Stryker" zirehli transportyorlarından dördünü təhvil alıb

Argentina ABŞ-dən "Stryker" zirehli transportyorlarından dördünü təhvil alıb

Argentina ABŞ-dən ilk dörd "Stryker" zirehli transportyoru təhvil alıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin Buenos-Ayresdəki səfirliyi məlumat yayıb.

 

"Argentina ABŞ-dən alınan ilk dörd "Stryker" zirehli transportyoru təhvil alıb ki, bu da onun döyüş imkanlarının modernləşdirilməsi və Vaşinqtonla müdafiə əməkdaşlığının gücləndirilməsi yolunda mühüm addımdır", – məlumatda qeyd olunub.

 

Səfirliyin məlumatına görə, ümumilikdə Argentina səkkiz transportyor alıb. Qalan maşınlar ölkəyə dekabrın 8-də çatdırılacaq.

 

"Maşınlar, ehtiyat hissələri, təlim və texniki dəstəyi əhatə edən tam paketin dəyəri 20 milyon ABŞ dollarıdır", – diplomatik nümayəndəlik bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər