Asiyada dağıdıcı fırtınalar
Asiyada güclü yağışlar genişmiqyaslı daşqınlara və torpaq sürüşmələri bir həftə ərzində 1,100-dən çox insanın ölümünə gətirib çıxarıb. İndoneziya, Tayland və Malayziya siklonun yaratdığı intensiv yağıntılarla mübarizə aparır. Şri-Lanka isə ayrı bir fırtına səbəbilə tamamilə su altında qalan bölgələrlə qarşılaşıb. Prezident Anura Kumara Dissanayake bu vəziyyəti ölkənin indiyədək gördüyü ən çətin xilasetmə əməliyyatı adlandırıb. Onun sözlərinə görə fəlakətin miqyası hətta 2004-cü il tsunamisindən belə genişdir.
Rəsmi məlumatlara əsasən, İndoneziyada 604, Şri-Lankada 355, Taylandda 176 və Malayziyada 2 nəfər həlak olub. Ən ağır vəziyyət Sumatra adasındadır və burada yüzlərlə insan hələ də itkindir. Xilasetmə işləri dağılan yollar və yanacaq çatışmazlığı səbəbindən çətinləşir. Helikopterlərlə yardım göndərilir, amma əlçatan olmayan bölgələr çoxdur. Yerli sakinlər isə bütün əmlaklarını itirdiklərini bildirirlər.
Cnn News
Ədilə Hüseynzadə