00:00:00
Yazar
Admin User
20.10.2025 13:05 115 1 dəq oxuma
Siyasət

Astana Azərbaycan Prezidentinin səfərinə hazırlaşır

Astana Azərbaycan Prezidentinin səfərinə hazırlaşır

Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə hazırlıq görülür

 

 "Akorda"nın mətbuat xidmətinin verdiyi məlumata görə dərc edilən videoda görünür ki, axşam saatlarında Azərbaycanın üçrəngli bayrağı ilə işıqlandırılmış LED ekranlar Astananın mərkəzi prospektlərini bəzəyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, cəmi iki həftə əvvəl Qəbələdə Türk Dövlətləri Təşkilatının sammitində görüşən iki ölkə lideri bu dəfə Qazaxıstanda bir araya gəlib müzakirələr aparır:

 

"Bu, Azərbaycan Prezidentinin son üç ildə qardaş ölkəyə yeddinci səfəridir. Bu cür sıx qrafiklə səfərlər müzakirə olunacaq məsələlərin bolluğundan xəbər verir.  Bu il həm də Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasından 20 il ötür. Bu sənəd ölkələr arasında əməkdaşlığının müxtəlif sektorlarda inkişafının təməlini qoyub. Qısa müddətdə Azərbaycan və Qazaxıstan qarşılıqlı olaraq bir-birlərinin iqtisadiyyatına nəzərəçarpacaq dərəcədə sərmayə qoymağa başlayıb. Qarşılıqlı ticarət əlaqələri güclənib. Azərbaycan Qazaxıstanla beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edir. Xüsusilə Türk Dövlətləti Təşkilatında həyata keçirilən birgə fəaliyyət diqqət çəkir. TDT çərçivəsində siyasi, iqtisadi, mədəni əlaqələrin güclənməsi aydın görünür. Son dövrlərdə isə xüsusilə təhlükəsizlik və hərbi sahəsində əməkdaşlıq müzakirə edilir. Qlobal təhdidlərə qarşı birgə mübarizə də indi iki qardaş dövlətin prioritetləri arasındadır".

 

Aişə Mustafayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər