00:00:00
Yazar
Admin User
21.10.2025 17:14 147 2 dəq oxuma
Siyasət

Astanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edilib

Astanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edilib

Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə "Orta dəhlizin inkişafı" (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.Dövlət başçılarına Orta Dəhlizin səmərəsini və rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində nəzərdə tutulan konkret addımlar və təşəbbüslər barədə məlumat verilib.

 

Bu mövzu ilə bağlı deputat Vüqar Bayramov “İnformator.az”a bildirib ki,Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri zamanı müzakirə edilən əsas məsələlərdən biri də Orta Dəhlizin inkişafı ilə bağlı birgə layihənin təqdimatı olub:

 

“Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsi müşahidə olunur. Bu əməkdaşlıq xüsusilə Orta Dəhlizin genişləndirilməsi istiqamətində həyata keçirilən birgə fəaliyyətlərlə daha da güclənir.Orta Dəhliz — Asiyadan Avropaya, Qərbdən Şərqə yükdaşımaları təmin edən mühüm nəqliyyat koridorudur.Onun daha intensiv şəkildə istifadəsi göstərir ki, bu marşrutun genişləndirilməsi Mərkəzi Asiya və Azərbaycan üzərindən daha çox yüklərin daşınmasına imkan yaradacaq.Bu isə həm iqtisadi, həm də maliyyə baxımından hər iki ölkənin gəlirlərinin artmasına xidmət edir.Layihə, eyni zamanda, Azərbaycan və Qazaxıstanın dövlət büdcələrinə əlavə gəlir gətirəcək mühüm iqtisadi təşəbbüsdür. Orta Dəhlizin genişlənməsi növbəti mərhələdə Zəngəzur dəhlizinin bu nəqliyyat marşrutuna inteqrasiyasını da nəzərdə tutur. Bu isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin yüklərini Orta və Zəngəzur dəhlizləri vasitəsilə Avropaya daha rahat çıxarmasına imkan verəcək.Beləliklə, bu əməkdaşlıq yalnız Azərbaycan və Qazaxıstanın deyil, bütövlükdə region dövlətlərinin iqtisadi əlaqələrinin möhkəmlənməsinə, nəqliyyat-logistika imkanlarının genişlənməsinə və regionun strateji əhəmiyyətinin artmasına xidmət edəcək”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər