00:00:00
Yazar
Zəhra Həsənova
17.08.2026 21:41 62 1 dəq oxuma
Siyasət

ATƏŞKƏS, YOXSA MÜHARİBƏYƏ DAVAM ? - XARİCİ EKSPERTDƏN ŞƏRH

ATƏŞKƏS, YOXSA MÜHARİBƏYƏ DAVAM ? - XARİCİ EKSPERTDƏN ŞƏRH

ABŞ-İran arasında 60 günlük atəşkəs müddətinin başa çatması ilə Yaxın Şərqdə kövrək olan sakitliyin taleyi yenidən gündəmə gəlib. İslamabad Memorandumu tərəflərə hərbi əməliyyatları dayandırmaq və yekun siyasi razılaşma üçün danışıqları davam etdirmək imkanı verib. Əsas problem münaqişə tərəfləri arasında qarşılıqlı etimadın demək olar ki, minimum səviyyəyə enməsidir. Dövlətlər bir-birini əvvəlki anlaşmaların şərtlərinə əməl etməməkdə günahlandırır. Tərəflər üçün ən rasional variantlardan biri mövcud atəşkəs mexanizmini müxtəlif formada qorumaq, vasitəçilər üzərindən təmasları davam etdirməyə çalışmaqdır.

 

Mövzu ilə bağlı "İnformator.az" ARB24-ə istinadən xəbər verir ki, analitik Corco Kafiero bildirib ki, qonşu ölkələrdən bir çoxunun, xüsusilə, Pakistan, Qətər və Omanın diplomatiyanı bərqərar etmək üçün vasitəçi rolunu oynadığını bilirik:

 

"Lakin ABŞ və İranın indiki mövqelərinə baxdıqda, onların dialoqdan uzaq olduqlarını görürük. Atəşkəs istəmək optimist düşüncə olar. Hörmüz boğazının ABŞ idarəçiliyinə keçdiyini xəyal etmək isə absurddur. Trampın bu yanaşması Tehranı qorxutmaq və masaya oturtmaq üçündür".

#atəşkəs # #davam #gündəm #xəbər #yoxsa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər