Ataşehirdə zəncirvari yol qəzası
Anadolu magistral yolunda, Ankara istiqamətində meyvə-tərəvəz yüklü yük maşını və dörd minik avtomobilinin iştirakı ilə ciddi yol qəzası baş verib.
Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə yanğınsöndürmə, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yağışlı hava şəraiti səbəbindən yolun sürüşkən olması qəzanın başvermə səbəblərindən biri kimi göstərilir. Nəticədə altı nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Qəza səbəbindən magistral yolda nəqliyyat bir müddət yalnız bir zolaqla təmin edilib, bu da uzun avtomobil növbələrinin yaranmasına səbəb olub. Maşınlar yoldan çıxarıldıqdan sonra nəqliyyatın hərəkəti tam bərpa olunub.
TRT XƏBƏR
Ləman Mahmudlu