00:00:00
Yazar
Admin User
20.10.2025 18:01 163 1 dəq oxuma
Dünya

Atəşkəsə baxmayaraq, İsrailin Qəzzaya hücumu nəticəsində iki fələstinli həlak olub

Atəşkəsə baxmayaraq, İsrailin Qəzzaya hücumu nəticəsində iki fələstinli həlak olub

Qatil İsrail ordusunun atəşkəsə baxmayaraq Qəzzaya qarşı həyata keçirdiyi hücumda 2 fələstinli həyatını itirib.

 

Fələstinin rəsmi WAFA agentliyinin məlumatına görə İsrail atəşkəsə baxmayaraq ordu Qəzza şəhərin şərqindəki Şaaf məhəlləsini bombalayıb.

 

İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağına başladığı hücumlarda 68.216 fələstinli həyatını itirib, 170.000-dən çoxu isə yaralanıb. Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi razılaşması ABŞ Prezident Donald Tramp oktyabrın 9-da Misirdə davam edən danışıqlar zamanı İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb.

 

Müqavilə danışıqların aparıldığı Misirdə imzalanıb və İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-da qüvvəyə minib. İsrail ordusunun müqavilədə nəzərdə tutulduğu kimi "Sarı xətt"dən çəkilməsindən sonra Qəzza zolağında atəşkəsin həmin gün saat 12:00-da qüvvəyə mindiyi açıqlanıb. Qəzza zolağında atəşkəsə baxmayaraq, İsrail ordusu müxtəlif iddialarla fələstinlilərə qarşı hücumlarını davam etdirir.

 

TRT Haber

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər