00:00:00
Yazar
Admin User
12.11.2025 18:15 156 1 dəq oxuma
Siyasət

Atəşkəs müzakirə ediləcək

Atəşkəs müzakirə ediləcək

Türkiyə və Misir xarici işlər nazirləri sabah Ankarada Qəzza zolağında atəşkəs rejimini və müharibə bitdikdən sonra anklavın bərpası üçün beynəlxalq səyləri müzakirə edəcəklər.

Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin vasitəçiliyi ilə əldə edilən atəşkəs sazişinin mümkün növbəti mərhələləri barədə danışıqlar üçün noyabrın 12-də misirli həmkarı Badr Abdelattini qəbul edəcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Rəmiə Məmmədova bildirib ki, Türkiyə ilə Misir arasında keçiriləcək görüşdə Qəzza məsələsi bir daha müzakirə ediləcək:

 

“Türkiyə ilə Misir arasında uzun müddətdir ki, çox da yaxın münasibətlər yoxdur. Türkiyə və Misirin bir masada oturması o deməkdir ki, regionda iki müsəlman ölkəsinin bir-birinə yaxınlığını gücləndirəcək. Qəzza məsələsi bu gün Türkiyənin ‘qırmızı xətt’ məsələlərindən biridir. Türkiyənin Qəzzaya dəstək verməsi onun güc balansını yerinə yetirdiyini göstərib. İsrailin sazişi pozması nəticəsində bu konflikt yaranıb. Bu pozuntuların bir çoxu İsrail tərəfindən törədilib. İsrail istədiyini almadan durmaq istəmir. ABŞ məcbur qalacaq ki, Qəzzaya dəstək olsun. Bu, Türkiyənin Yaxın Şərq diplomatiyasına yeni bir güc qatacaq".

 

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər