00:00:00
Yazar
Admin User
22.10.2025 17:33 117 2 dəq oxuma
Siyasət

“Atəşkəs rejimi Ukraynanın maraqlarına daha uyğundur"

“Atəşkəs rejimi Ukraynanın maraqlarına daha uyğundur"

 

Ukrayna-Rusiya müharibəsində vəziyyət hələ də gərgin olaraq qalır. Son günlər ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan görüşdə tərəflər atəşkəsin əldə edilməsi məsələsini müzakirə ediblər. Lakin ekspertlərə görə, bu təklifin reallaşması bir sıra çətinliklərlə üzləşir.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Zelenski-Tramp görüşü əslində Putin-Tramp görüşündən əvvəl planlanıb:

 

"Son dövrlərdə Tramp dəfələrlə Putinin fəaliyyətindən narazılığını bildirib. ABŞ-nin Ukraynaya yardımlarının artırılması, o cümlədən tomoqraf raketlərinin verilməsi barədə müəyyən mesajlar verilir və artıq belə məlumatlar yayılıb ki, ABŞ Ukraynaya tomoqraf raketləri verməklə bağlı hazırlıq görür. Bu isə Rusiyanı kifayət qədər narahat edib. Tomoqraf raketlərin Ukraynaya verilməsi Amerika ilə Rusiya münasibətlərində ciddi gərginliyə səbəb olacağı barədə məsələlər müzakirə olunub. Ənənəvi olaraq, Putin də Alyaskadakı görüşdə olduğu kimi bu dəfə də Donald Trampla telefon danışığı aparıb. Növbəti görüş təklifi olub və bununla da Putin müəyyən qədər zaman uzatmağa çalışacaq. Görüşünə gəlincə, Vaşinqtonda keçirilən Zelenski ilə Tramp görüşündə Ukrayna öncədən hesab edib ki, ABŞ ilə Ukraynada silahlanmanın genişləndirilməsi, o cümlədən tomoqraf raketləri məsələsi müzakirə olunacaq. Amma Putinlə Tramp telefon danışığından sonra tomoqraf raketlərin Ukraynaya verilməsinin bir müddət gözlənəcəyi, təxirə salınacağı bildirilib və belə də olub. Görüşün açıq hissəsində Tramp müzakirə olunacağını, amma tomoqrafsız savaşın dayandırılmasından yana olduğunu bildirib və danışıqlar formatını təklif edib. O, təxmin edib ki, təxminən iki həftə sonra gözlənilən Putinlə Tramp görüşündə savaşın dayandırılması və atəşkəs məsələləri daha geniş müzakirə olunacaq".

 

Politoloq vurğulayıb ki, Trampın təklifi aydındır; hazırda tərəflər atəşkəs rejiminə keçsin, olduğu kimi dursunlar:

 

"Bu, sülh üçün kifayət etməyə bilər, amma dayanıqlı sülhün yaxın perspektivdə əldə olunması görünmür. Atəşkəs rejimi və münaqişənin dondurulması isə tamamilə başqa situasiya yarada bilər, təxminən Koreya variantına yaxın bir nəticə doğura bilər. Hazırki şərtlərdə atəşkəs rejiminin əldə olunması və tərəflərin olduqları yerlərdə qalması Ukraynaya daha çox xeyirdir. Belə olduqda Ukrayna həm zaman qazanır, həm potensialını gücləndirmək üçün fürsət əldə edir, həm də gələcəkdə işğal olunmuş ərazilərin azad edilməsi üçün imkanlar yarana bilər. Ukrayna hazırda Rusiyanı məğlub edib işğaldakı əraziləri geri almağa qadir deyil; Ukraynanın güclənməsi üçün zamana ehtiyacı var. Bu baxımdan, tərəflərin olduqları yerlərdə qalması şərti ilə atəşkəs rejiminə keçilməsi şübhəsiz ki, Ukraynanın maraqlarına uyğundur".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər