00:00:00
Yazar
Admin User
05.12.2025 18:09 63 1 dəq oxuma
Siyasət

ATƏT-in "Dağlıq Qarabağ" təkliflərində nə varmış?

ATƏT-in "Dağlıq Qarabağ" təkliflərində nə varmış?

 

2019-cu il ATƏT təklifinə görə, beş rayon Azərbaycana qaytarılmalı, Kəlbəcər və Laçın ATƏT müşahidəsində qalmalı, Dağlıq Qarabağda referendum keçiriləcəkdi.

Ermənistanda sənəd müzakirələr yaradıb; Paşinyan isə onu rədd edib, sonradan Qarabağı Azərbaycanın tərkibində tanıyıb.

Azərbaycan münaqişənin beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllini əsas tutur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, 2019-cu ildə ATƏT-in təklifi münaqişənin həllinə təsir göstərərdi. ATƏT çalışırdı ki, o dönəmdə hansısa təkliflərindən müəyyən nəticələrə nail olsun, bəlkə də, olmasın. Çünki biz o təkliflərin mövcudluğundan daha çox onun əhəmiyyətinə fokuslanmalıyıq:

 

“2019-cu ildə mərhələli həll modelinə əsaslanırdı. Bu da, Azərbaycanın beş rayonu-Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı qaytarılsın. Daha sonra Kəlbəcər və Laçın müvəqqəti olaraq beynəlxalq müşahidə altında qalsın, sonra da, Dağlıq Qarabağın yekun statusunu referendumla müəyyən etsinlər . Bu qəbul olunsaydı, bəlkə də, hansısa münaqişənin dinc nizamlanmasına real təsir imkanı yarada bilərdi . Amma Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı addım atmalı idi. Ermənistan üçün isə indiki vəziyyətdəki kimi məğlubiyyət heç olmazdı. Müəyyən təhlükəsizlik təminatları olardı. Amma bu modelin çox zəif tərəfi var idi ki, referendum qeyri-müəyyən idi “.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər