00:00:00
Yazar
Admin User
14.10.2025 09:09 134 1 dəq oxuma
Siyasət

ATƏT sədri: Ermənistan və Azərbaycan arasında sülhə doğru atılan addımları alqışlayırıq

ATƏT sədri: Ermənistan və Azərbaycan arasında sülhə doğru atılan addımları alqışlayırıq

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün atılan addımları, xüsusən də avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmanı alqışladığını bildirib.

 

"İnformator.az" ın məlumatına görə, o, bunu İrəvanda bəyan edib.

 

Təşkilat tərəfləri sabit sülhü təmin etmək üçün sülh sazişi imzalamağa və münasibətləri normallaşdırmağa çağırır. "Biz Azərbaycanla sülhə nail olmaq istiqamətində atılan mühüm addımları, xüsusilə avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmanı alqışlayırıq. Həmçinin ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciəti alqışlayıram", - o bildirib. E.Valtonen, bu prosesin dekabrın 1-dək başa çatacağına ümid etdiyini ifadə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər