00:00:00
Yazar
Admin User
04.12.2025 17:54 94 2 dəq oxuma
Siyasət

ATƏT XİN Şurasının 32-ci iclası Vyanada keçirilib

ATƏT XİN Şurasının 32-ci iclası Vyanada keçirilib

Avstriyanın paytaxtı Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası öz işinə başlayıb. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. İclas Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin dəvəti ilə keçirilir. Toplantıda ATƏT-in 57 iştirakçı dövlətinin, həmçinin əməkdaşlıq üzrə 11 tərəfdaş ölkənin xarici işlər nazirləri iştirak edir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, deməli,təkcə ATƏT deyil, ümumiyyətlə, bütün beynəlxalq təşkilatlar, hətta ən güclü hesab olunan BMT belə, proseslərin həllində aciz olduğunu artıq sübut edib:

 

"BMT faktiki olaraq "dişsiz" bir quruma çevrilib.  Sərhəd məsələləri ilə bağlı əsas qurumlardan olan ATƏT, Avropa Şurası və digərləri də adekvat mövqe sərgiləyə bilmirlər. UNESCO-ya gəldikdə isə, o, daha çox humanitar xarakterli təşkilatdır, ona görə də onu bu siyahıya daxil etmirəm. 

 

ATƏT məsələsinə gəldikdə isə bu qurum təxminən 30 il ərzində keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmaq öhdəliyini üzərinə götürdü, lakin bu istiqamətdə heç bir real nəticə əldə edə bilmədi. Bu fakt özü göstərir ki, ATƏT bu günün çağırışlarına adekvat cavab verə bilmir. 

Təbii ki, beynəlxalq qurumlarda ciddi islahatlara ehtiyac var və ehtimal ki, hazırda davam edən proseslər başa çatdıqdan sonra bu islahatlar həyata keçiriləcək.Azərbaycanın ATƏT çərçivəsindəki prioritetlərinə gəlincə, Azərbaycanın xarici siyasətində əsas istiqamət balanslılıq, neytrallıq və diplomatiyaya üstünlük verilməsidir. Unutmaq olmaz ki, bu günkü Azərbaycan artıq 1990-cı illərin Azərbaycanı deyil. Əgər ATƏT Azərbaycanın maraqlarını nəzərə alırsa, Azərbaycan da bu qurumla əməkdaşlıqda maraqlı ola bilər. Yox, əgər ATƏT Azərbaycanı görməzlikdən gəlirsə, o zaman Azərbaycan üçün bu təşkilatın da xüsusi əhəmiyyəti qalmaz.

 

Hazırda dünyada qütbləşmə prosesi gedir və bu, ATƏT daxilindəki ölkələrə də təsir edir. Eyni zamanda, bir çox beynəlxalq qurumların parçalanma ehtimalı da artıq gündəmə gəlib. Məsələn, NATO kimi böyük hərbi qurumun parçalanması belə artıq müzakirə olunur.  ATƏT-də də ölkələr arasında ciddi fikir ayrılıqları mövcuddur  həm təhlükəsizlik maraqları, həm də siyasi baxışlar fərqlidir. Bu da təşkilatın vahid və güclü mövqedən çıxış etməsini çətinləşdirir. Bu baxımdan, düşünürəm ki, ATƏT-in zəifləməsi, güclənməsindən daha real və ağlabatandır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər