Audiovizual Şuranın sədri İsmət Səttarov tələbə jurnalistlərə ustad dərsi keçib
Audiovizual Şurasının sədri İsmət Səttərov Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.
"Televiziya: tarixi və auditoriya aspektindən baxış" mövsusuna həsr olunan görüşü giriş sözü ilə fakültənin dekanı Vüqar Zifəroğlu açıb. Fakültə dekanı görüşün əhəmiyyətindən, tənzimləyici dövlət qurumu ilə jurnalistika ixtisası üzrə təhsil alan gənclərin sıx kommunikasiyasının zəruriliyindən danışıb, növbəti görüşlərin anonsunu verib.
Şura sədri İsmət Səttarov televiziya yayımı ilə bağlı maraqlı detallara toxunaraq, televiziyanın yaranması, ilk reklamın yayımlanması, televiziya auditoriyasının ölçülmə sistemi və onun televiziya yayımının inkişafındakı rolu barədə ətraflı məlumat verib. SSRİ və ABŞ-də yayımlanan İlk reklamların nümayişi tələbələrin marağına səbəb olub. İsmət Səttarov Sovetlər Birliyi ilə ABŞ televiziyalarının müqayisəli təhlilini verib.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu üzrə fikir mübadiləsi aparılıb.
Görüş Audiovizual Şura, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində baş tutub.
ÇİNARƏ MURADOVA
