00:00:00
Yazar
Admin User
22.09.2025 08:06 123 1 dəq oxuma
Sosial

Autizm spektr pozuntusu

Autizm spektr pozuntusu

Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir.

 

Mövzu ilə bağlı Birgə və Sağlam İctimai Birliyinin sədri Aytən Eynalova bildirib ki, autizm spektr pozuntusu bir neyroinkişaf pozuntusudur və həyat boyu davam edən diaqnozdur:

 

"Əgər, bir uşaqda göz kontaktı yoxdursa, uşaq yaşıdları ilə heçbir şəkildə ünsiyyət qurmursa, nitqi ya heç yoxdursa, ya da inkişaf etməyibsə, işarət barmağını istifadə etmir və hər hansı bir əşyanı göstərə bilmirsə, ortaq diqqəti yoxdursa, adına səsləndiyiniz zaman dönüb baxmırsa artıq şübhələnməli və bir mütəxəssisə müraciət etməlisiniz. Bu ya uşaq psixiatrı, ya da nevropatoloqdur. Autizm diaqnozuna nə qədər erkən müdaxilə edilsə, uşaqların bir o qədər də sərbəst şəkildə həyata tutunma ehtimalları çoxalır".

 

Türkanə Kərimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər