00:00:00
Yazar
Hüseynova Mələk
07.07.2026 12:53 15 1 dəq oxuma
İdman

Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib

Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib

Azərbaycanın da ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley Women 2026) maskotu, topu və kuboku təqdim olunub.

 

"İnformator.az" xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.


Mərasimdə həmçinin Azərbaycan Voleybol Federasiyasının yeni loqotipi və yenilənmiş internet saytı da təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatının C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

 

#Avropa #çempionat #təqdimat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər