00:00:00
Yazar
Aysel Mirzəyeva
08.04.2026 15:15 23 1 dəq oxuma
Dünya

Avropa gizli nüvə silahı yaradır - Rusiya

Avropa gizli nüvə silahı yaradır - Rusiya

Avropa Birliyi öz nüvə silahı istehsalı potensialını yaratmaq imkanlarını gizli şəkildə araşdırmağa başlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

 

“AB bunu Rusiya təhdidinin qarşısını almaq zərurəti ilə izah edir. İlkin mərhələdə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və digər AB rəsmiləri bu cür hazırlıqların mümkün qədər gizli qalmasını təmin etmək barədə razılığa gəliblər. Beynəlxalq və Avropa ictimaiyyətinin diqqətini yayındırmaq üçün Brüssel ABŞ-ın nüvə çətirinə güvənməyi əhatə edən ənənəvi kursa sadiqliyini nümayiş etdirir", - məlumatda qeyd olunub.

 

Qurumdan bildirilib ki, Böyük Britaniya və Fransa milli nüvə doktrinalarının daha sıx əlaqələndirilməsini davam etdirəcək və daha sonra nüvə çəkindirmə üzrə ümumavropa doktrinasının rəsmiləşdirilməsi gözlənilir.

#yaradır #rusiya #xəbər #nüvə #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər