Avropa İttifaqı İstanbul Sözləşməsinə qoşulur
Avropa İttifaqı (Aİ) qadınlara qarşı zorakılıqla mübarizə üçün hazırlanan İstanbul Konvensiyasına qoşulmağa hazırlaşır.
İnformator.az Euronews-a istinadən xəbər verir ki, çərşənbə günü Avropa Parlamenti konvensiyanı təsdiqlədikdən sonra Birlik ölkələri bəzi üzvlərin qeyd-şərtinə baxmayaraq, mətni imzalama prosesinə başlayıblar.
Strasburqda parlamentdə keçirilən səsvermədən sonra AB millət vəkili Lukas Kohut Aİ-da hər üç qadından birinin, yəni cəmi 62 milyon qadın fiziki və yaxud cinsi zorakılığa məruz qaldığına dair fikirlər qeyd edib.
2018-ci ildə qüvvəyə minmiş İstanbul Konvensiyasını imzalayan ölkələr qadınlara və qızlara qarşı törədilən zorakılığın qarşısının alınması, eyni zamanda buna qarşı mübarizə aparmağı öhdələrinə götürürlər.
Qeyd edək ki, qonşu ölkə Türkiyə konvensiyanı ilk imzalayan ölkələrdən biri olmasına baxmayaraq, bu müqaviləni 1 iyul 2021-ci ildə tərk edib.
Fatima
