00:00:00
Yazar
Aysel Mirzəyeva
06.03.2026 21:09 37 2 dəq oxuma
Siyasət

"Avropa İttifaqı Naxçıvandakı hücuma sərt reaksiya verib" - ŞƏRH

"Avropa İttifaqı Naxçıvandakı hücuma sərt reaksiya verib" - ŞƏRH

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas İranın Azərbaycanın Naxçıvan bölgəsinə hücumlarını pisləyib. Bu barədə qurumun bəyanatında bildirilib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqı rəsmisinin İranın Naxçıvana hücumunu açıq şəkildə pisləməsi Cənubi Qafqazda baş verən proseslərin beynəlxalq diqqət mərkəzində olduğunu göstərir:

 

“Bu bəyanat həm də Avropa İttifaqının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyinin ifadəsidir. Belə bir mövqe İran üçün də siyasi mesajdır ki, regionda hərbi eskalasiya beynəlxalq səviyyədə ciddi narahatlıq doğurur və reaksiyasız qalmır. Bu kontekstdə cənab Prezident İlham Əliyevin yürütdüyü balanslı və praqmatik xarici siyasətin də mühüm rolu görünür. Son illərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisi və Prezident İlham Əliyevin regional təhlükəsizlik məsələlərində prinsipial mövqeyi nəticəsində ölkənin suverenliyi və təhlükəsizliyi ilə bağlı məsələlər beynəlxalq səviyyədə daha açıq şəkildə dəstəklənir. Bu cür açıqlamalar İran-Azərbaycan münasibətlərinə də müəyyən təsir göstərir. İran üçün əsas mesaj ondan ibarətdir ki, Cənubi Qafqazda baş verən hərbi gərginlik artıq geniş beynəlxalq təhlükəsizlik kontekstində qiymətləndirilir. İran regionla bağlı addımlarında daha ehtiyatlı olmalıdır”.


Polad Mehdiyev qeyd edib ki, bu hadisə Azərbaycanla Avropa İttifaqı arasında siyasi və təhlükəsizlik əməkdaşlığının genişlənməsi üçün yeni imkanlar yarada bilər:

 

“Son illərdə tərəflər arasında əsas əməkdaşlıq enerji və iqtisadi sahələrdə olsa da, regionda sabitliyin qorunması məsələsi getdikcə daha böyük əhəmiyyət qazanır. Avropa üçün də Cənubi Qafqazın sabitliyi enerji və nəqliyyat layihələri baxımından vacibdir. Buna görə belə vəziyyətlər Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqu və qarşılıqlı əməkdaşlığı daha da gücləndirə bilər”.


Nuray Əliyeva

#sərt #verib" #azərbaycan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər