00:00:00
Yazar
Admin User
12.09.2025 15:40 118 2 dəq oxuma
Siyasət

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək

 

Avropa İttifaqı sentyabrın 15-də Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək. 

 

Bu mövzu ilə bağlı olaraq politoloq Vüqar Əhmədov "İnformator.az"a  bildirib ki, sanksiyaların məqsədi Avropanın Rusiyadan asılılığını qaldırmadır:

 

"Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar daha çox yanacaq və enerji sahəsini əhatə edəcəyi ehtimal oluna bilər. Diqqət etsək, Ukrayna silahlı qüvvələri Rusiyada ən çox enerji obyektlərini və infrastrukturunu hədəf alıb, Qərb və Avropa İttifaqı isə Rusiyanın enerji asılılığından birdəfəlik can qurtarması ilə bağlı mətbuatda bəyanatlar səsləndirir. Təbii ki, Avropa İttifaqı bunu bir ayda yaxud bir ildə edə bilməzdi, çünki Aİ-nin Rusiyadan enerji və qaz sahəsində ciddi enerji asılılığı mövcuddur. Tədrici sanksiyalar məhz bu məqsədi daşıyır, tədricən Avropanın Rusiyanın qaz və enerji sektorundan asılılığını aradan qaldırmaq. Bu Rusiyanın iqtisadiyyatına da ciddi bir zərbə vuracaq və apardığı müharibəni davam etdirməsində çətinliklər yaradacaq. Sirr deyil ki, Rusiya məhz neft və qazdan əldə etdiyi gəlirlə müharibəni davam etdirir və müharibədə enerji resursları istifadə olunur. Rusiyada yaxın zamanlarda benzin böhranı yaşandığını müşahidə etdik. Əgər belə davam edərsə və bu sanksiyalar sərtləşərsə bu Rusiya iqtisadiyyatı üçün ciddi problemlər yarada bilər. Ukrayna bu istiqamətdə Avropa İttifaqına ciddi təzyiqlər və sanksiyaların daha da sərtləşməsini Rusiyaya təzyiq üçün vacib hesab edir. Əlbəttə bu məsələdə Avropa İttifaqı daxilində fikir ayrılıqları da mövcuddur. Serbiya, Macarıstan və Slovakiya kimi Şərqi Avropa dövlətləri Rusiyadan enerji sahəsində tam üz döndərməyin tərəfdarı deyil. Çünki bu gün Avropanın özündə enerji çatışmazlığı və böhranı mövcuddur və bu ölkələr ucuz qaz və neft üçün yenidən Rusiyaya üz tutur. Rusiya Asiya ölkələri, Hindistan və Çinə enerji resurslarını satmaqla bu sahədə balans yaratmağa çalışır. Lakin Avropaya satdığı şərtlərlə Hindistan və Çinə satılan şərtlər eyni deyil. Beləliklə bu gün Qərblə enerji sahəsində də çox ciddi müharibə getməkdədir və görünən odur ki, Avropa İttifaqı Rusiyanı enerji və digər iqtisadi sahələrdə öz tərəfdaşı kimi görmür və şübhəsiz ki, bu müharibənin gedişatına da təsirsiz ötüşməyəcək".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər