Avropa İttifaqı silahlanma planı hazırlayır
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen Avropanın müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasına ehtiyac duyulduğunu və hazırladıqları yenidən silahlanma planını sabah üzv ölkələrə təqdim edəcəyini bildirib.
Brüsseldə Avropa avtomobil sənayesinin gələcəyinə dair strateji dialoq toplantısından sonra mətbuata açıqlamalar verən fon der Lyayen, 6 martda Brüsseldə keçiriləcək Ukrayna və müdafiə mövzusunda fövqəladə zirvəyə intensiv şəkildə hazırlaşdıqlarını qeyd edib.
“Sabah Aİ ölkələrinə Avropanın yenidən silahlanması planı haqqında bir məktub göndərəcəyəm,” – deyə fon der Lyayen bildirib.
“Şübhəsiz ki, müdafiə xərclərində böyük bir artıma ehtiyacımız var,” – deyə vurğulayan Aİ Komissiya sədri, “Davamlı sülh yalnız güc üzərində qurula bilər. Güc isə əvvəlcə özümüzü gücləndirməklə başlayır. Sabah üzv ölkələrə təqdim edəcəyim planın məqsədi də məhz budur,” – ifadələrini işlədib.
TRT XƏBƏR
Günel Verdiyeva