00:00:00
Yazar
Admin User
22.10.2025 13:23 136 2 dəq oxuma
Siyasət

Avropa İttifaqı Ukraynaya 178 milyard avro ayırıb

Avropa İttifaqı Ukraynaya 178 milyard avro ayırıb

Avropa İttifaqı artıq müharibənin başlanğıcından bəri Ukraynaya 178 milyard avroya yaxın vəsait ayırıb.

 

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqının Ukraynaya yardımı hər ikisi sahədə edilir, yəni ərzaqdan tutmuş hərbi sursatlara qədər hər şeyi əhatə edir:

 

“Avropa İttifaqının əsas qayəsi ondan ibarətdir ki, müharibə dayanmasın. Burada tək Brüsselin yox həm də Londonun israrını görürük.  Aİ müharibə başladığı gündən bəri daha çox ABŞ-dən gümanlıq edirdi ki, onların iştirakı, vəsaiti hesabına rəsmi Kiyevə böyük dəstək göstəriləcək. Lakin o dövrdə Bayden administrasiyası idi və onlar bir qədər yumşaq mövqe tuturdular. Tramp gəldikdən sonra isə yanaşma dəyişib. Qısacası Tramp bu fantaziyalardan kənar siyasət yürüdür.

 

Ekspert onu da qeyd edib ki, Bayden administrasiyasının gedişindən sonra artıq Donald Tramp yardımın verilməsini bir çox məsələlərlə şərtləndirir:

 

“Bu məsələdə Trampı heç kim üstələyə bilməz. Tramp addım atmamışdan əvvəl işləri planlayır. Biz bunu daha çox Yaxın Şərq ölkələrində görürük. Ukrayna məsələsində Tramp nadir tapılan metallar ətrafında bir saziş də imzaladı. Amma bu “ölü doğulmuş” bir saziş idi. Çünki, Ukraynanının strateji resurs ehtiyatları demək olar ki, onun şərq tərəfindədir. O ərazilərdə artıq Rusiyanın nəzarətindədir.  Faktiki olaraq Tramp hesab edirdi ki, müharibə bitər-bitməz Amerika şirkətləri Ukraynada fəaliyyətə başlayacaqlar və o nadir malların nümunələrinin ölkəyə gətirəcək ya dünya bazarına çıxaracaq, bununla da Amerikanın xətrclərini azaldacaq. Lakin bu da alınmadı. İndi daha çox Yaxın Şərq siyasətinə meyil göstərir. Bilir ki, o ölkələrdən nə isə ala bilər. Hesab edirəm ki, artıq avropalılarda anlayırlar ki, bu məsələdə dərinə getmək olmaz. Çünki, görürlər ki, Rusiyanın resurs bazası çox böyükdür. Ukraynada isə bunun əksidir. Avropa İttifaqı da artıq ən yaxın zamanda yeni yanaşma tətbiq etməli olacaq. Çünki, onlar əmin olsalar ki, müharibə tez bitməyəcək, o zaman onlar da artıq öz vəsaitlərinə qənaətlə yanaşacaqlar”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər