00:00:00
Yazar
Admin User
20.10.2025 13:41 193 2 dəq oxuma
Siyasət

“Avropa İttifaqı əvvəlki illərə nisbətdə hərbi yarıdımın səviyyəsini artırıb”

“Avropa İttifaqı əvvəlki illərə nisbətdə hərbi yarıdımın səviyyəsini artırıb”

Avropa İttifaqının Ukraynaya hərbi yardım səviyyəsini azaltması ilə bağlı məlumatlar əslində reallığı əks etdirmir.


Məsələ ilə bağlı politoloq Rəşad Bayramov "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqı əvvəlki illərə nisbətdə hərbi yarıdımın səviyyəsini artırıb:


"Lakin Ukraynaya edilən hərbi yardım səviyyəsinin ümumilikdə azaldığını deyə bilərik. Belə ki, indiyə qədər Ukraynaya edilən yardımın yarısı ABŞ-nin, digər yarısı Avropa İttifaqının payına düşürdüsə, indi ABŞ-nin birbaşa yardımdan imtinası ümumi həcmdə azalmaya gətirib çıxarıb. Amma bu azalma Avropa İttifaqı ölkələrindən olan azalma deyil, ABŞ-nin birbaşa yardımdan imtinası nəticəsində meydana çıxan azalmadır. Hərbi sahədə yardımdan fərqli olaraq Avropa İttifaqı tərəfindən Ukraynaya edilən maliyyə yardımında isə həqiqətən azalma var. Keçən illə müqayisədə bu 57 %-ə yaxın azalma deməkdir. Amma əslində bu göstərici də Ukraynanın keçən illə müqayisədə Avropa İttifaqından daha az yardım aldığı anlamına gəlməməlidir. İndiyə qədər Ukraynaya birbaşa edilən maliyyə yardımının yarısından da çoxu ABŞ-dən müvafiq silah və texnikanın alınmasına gedir. ABŞ artıq Ukraynaya silah və texnikanın ötürülməsini əsasən Avropa İttifaqı və NATO ölkələrinə satmaq yolu ilə təmin edir. Yəni silah və texnika Ukraynaya havayı və ya kredit şəklində verilmir, Aİ və NATO ölkələrinə satılır. Onlar isə müvafiq olarqaq həmin texnikanı Ukraynaya ötürürlər. Bütün bunlar o anlama gəlir ki, Avropa İttifaqı keçən dövrlə müqayisədə Ukraynaya edilən maliyyə yardımında və ya verilən hərbi yardımda azalma yoxdur".


Gülcan Salahova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər