Avropa İttifaqı Zelenskini təhrik edir
Viktor Orban bildirib ki, Ukraynadakı münaqişə çoxdan həll oluna bilər, lakin Avropa İttifaqı liderləri Volodimir Zelenskini döyüşləri davam etdirməyə sövq edir və Donald Trampın vasitəçilik səylərinə mane olurlar.
“Rusiya-Ukrayna müharibəsinə gəlincə, əgər Avropalılar Zelenskini arxa planda təhrik etməsə, Prezident Tramp çoxdan sülhə nail olar”, — Orban Mandiner jurnalına müsahibəsində deyib.
Macarıstan Baş nazirinin sözlərinə görə, münaqişənin başa çatdırılması səyləri Brüsselin Vaşinqtonun vasitəçilik cəhdlərinə mane olması səbəbindən uğursuz olur.
TASS
Nuray Əliyeva