Avropa İttifaqında “2030-a qədər” müharibəyə hazırlıq hədəfi
Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra növbəti hədəfin özü ola biləcəyindən ehtiyat edən Avropa İttifaqı mümkün bir müharibəyə qarşı hazırlıqlarını sürətləndirir.
Hədəf 2030-cu ilə qədər mümkün hücuma qarşı hazır vəziyyətə gəlməkdir.Aİ Komissiyası bu çərçivədə “Müdafiə Yol Xəritəsi”ni təqdim edib. Yol xəritəsində belə bir mesaj verilib: “Avropa 2030-cu ilə qədər düşmənlərini etibarlı şəkildə çəkindirmək və hər cür hücuma cavab vermək üçün kifayət qədər güclü müdafiə mövqeyinə sahib olmalıdır".
BBC NEWS
Səmayə Səftərova