00:00:00
Yazar
Ayan Sədi
27.04.2026 11:46 16 2 dəq oxuma
Dünya

Avropa İttifaqının 20-ci sanksiya paketi

Avropa İttifaqının 20-ci sanksiya paketi

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini qəbul edib. Məqsəd Ukraynadakı müharibəni zəiflətmək və Moskvanı danışıqlara məcbur etməkdir.

 


Sanksiyalar enerji, maliyyə və ticarət sahələrini əhatə edir, onlarla şirkət və banka məhdudiyyət qoyulub. 120 nəfərə qarşı da qadağalar tətbiq edilib. Bəzi tədbirlər Belarus-a da şamil olunur.

 


Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Avropanın Rusiyaya müharibədən bəri tətbiq etdiyi sanksiyalar ucbatından onları arasındakı ticarət dövriyyəsi xeyli düşüb:

 


“Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsi ərəfəsində Rusiyanın əsas ticarət tərəfdaşlarından biri olub. Onlar arasındakı ticarət dövriyyəsi təxminən 260 milyard dollar səviyyəsində olsa da, hazırda tətbiq edilən sanksiyalar nəticəsində bu rəqəm 57-58 milyard dollara qədər düşüb. İlk sanksiyalar paketi müharibə ərəfəsində, sonuncusu isə bu günlərdə tətbiq edilib. Bütövlükdə Rusiyaya qarşı 30 mindən çox sanksiya var”.

 


Politoloqun sözlərinə görə, sanksiyalar Rusiyaya ciddi təsir etsə də, müharibənin gedişində həlledici rola malik deyil:

 


“Bu sanksiyalar Rusiya iqtisadiyyatına ciddi problemlər yaratsa da, hələlik qarşıya qoyulan əsas hədəfə çata bilməyib və Rusiya Ukraynada təcavüzkar müharibəni davam etdirir. Yeni sanksiyalar paketinin müharibənin gedişinə həlledici təsir edəcəyini gözləmək çətindir, çünki Rusiya yavaş da olsa irəliləyir və yeni hücumlara hazırlaşır”.

 


Abutalıb Səmodov qeyd edib ki, Putin Rusiyanın vəziyyətinin pis olduğu haqqında yeni danışsada, Avropada vəziyyət daha pisdir:

 


“Mütəxəssislər Rusiya iqtisadiyyatının ağır vəziyyətdə olduğunu desələr də, son günlərdə Vladimir Putin özü də ilk dəfə bunu etiraf edib. Lakin sanksiyalardan Avropa İttifaqı ölkələri daha çox zərər çəkir. Müqayisə etdikdə görürük ki, Rusiyanın daxili məhsulu Avropa ölkələri ilə müqayisədə daha çox artıb”.

 


Həmçinin vurğulayıb ki, Rusiyanın sanksiyalara baxmayaraq sülhə getməsi real görünmür və yalnız Ukrayna Donbasdan imtina edərsə danışıqlar mümkün ola bilər, yoxsa müharibə 2027-ci ilə qədər uzana bilər:

 


“Bu təzyiqlər fonunda Rusiya Ukrayna ilə danışıqlara getməyə tələsmir. Rusiyanın şərtləri bəllidir: Donbas onlara verilməlidir. Rusiya Donbasda addım-addım irəliləyir; təkcə bu il ərazinin 800 kvadrat kilometri işğal edilib. Hazırda təxminən 3000 kvadrat kilometrə yaxın ərazi qalıb ki, Rusiya yaxın müddətdə oranı da tutmağı hədəfləyir. Hədəfinə nail olmaq ərəfəsində olan Rusiyanın sanksiyaları nəzərə alıb sülhə gedəcəyini düşünmək real görünmür. Danışıqlar yalnız Ukraynanın Donbasdan imtina etməsi şərtilə mümkün ola bilər. Əks halda, müharibə 2026-cı və hətta 2027-ci ilin birinci yarısına qədər davam edəcək”.

 

Aydan Əsgərxanlı

#yeni #xəbər #20-ci #sanksiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər