Avropa ölkələri ABŞ-nin sülh planında 4 dəyişiklik tələb edir
Avropanın aparıcı dövlətlərinin liderləri hesab edirlər ki, ABŞ-nin Ukrayna ilə bağlı sülh planının ən azı dörd bəndi dəyişiklik tələb edir.
"İnformator.az" xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, onlar Rusiyanın Krım, Donbas və digər ərazilər üzərində suverenliyinin tanınması təkliflərindən narazıdırlar.
Bundan başqa, liderlər Ukrayna ordusunun mümkün ixtisarını, təhlükəsizlik təminatlarını və dondurulmuş Rusiya aktivlərinin istifadəsini problemli hesab edir, hətta bunları ABŞ ilə müzakirə etmək niyyətindədirlər.