Avropa ölkələri İsrailin təcavüzünə qarşı məsuliyyətli və ədalətli olmalıdılar
İranın rəsmi xəbər agentliyi IRNA-nın verdiyi xəbərə görə, İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi, Polşalı həmkarı Radoslaw Sikorski ilə telefonla danışıb.
Əraqçi, İsrail və ABŞ tərəfindən İrana qarşı həyata keçirilən hücumların Avropa ölkələri tərəfindən açıq şəkildə qınanmadığını tənqid edərək bildirib ki:
"Avropa ölkələri İsrailin bölgədə davam edən təcavüzkar siyasətlərinə qarşı məsuliyyətli və ədalətli mövqe sərgiləməlidirlər.”
Əraqçi, İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumların, Nüvə Silahlarının Yayılmamasına dair Müqavilə (NPT), BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyinin qərarlarının açıq şəkildə pozulması olduğunu vurğulayıb.
O əlavə edib ki, bu qanunsuz və cinayət xarakterli hərəkətlərə görə təkcə ABŞ və İsrail deyil, həm də bu addımları dəstəkləyən digər ölkələr də məsuliyyət daşıyacaqlar.
TRT Haber
Xəlilli Nigar