00:00:00
Yazar
Admin User
22.10.2025 13:13 782 3 dəq oxuma
Siyasət

Avropa ölkələri Ukrayna münaqişəsinin həlli ilə bağlı plan hazırlayır

Avropa ölkələri Ukrayna münaqişəsinin həlli ilə bağlı plan hazırlayır

Avropa ölkələri Kiyevlə birlikdə Ukrayna münaqişəsinin həlli üçün 12 bəndlik plan hazırlayır. 

 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa ölkələrinin Ukrayna ilə birlikdə hazırladığı 12 bəndlik plan özündə müharibənin dayandırılması halında atılacaq addımları ehtiva edir:

 

“Planda bir sıra vacib məqamlar əks olunub ki, bunlardan da biri Ukraynaya təhlükəsizlk zəmanətlərinin verilməsidir. Məlumdur ki, Ukrayna tərəfi NATO üzvlüyündən imtina halında beynəlxalq təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini şərt olaraq irəli sürüb. Və artıq uzun müddətdir ki, həm Aİ həm də istəklilər koalisiyası tərəfindən Ukraynaya bu istiqamətdə zəmanətlərin verilməsinə dair müzakirələr aparılır.  Planda nəzərdə tutulan digər vacib məsələ Ukraynanın Avropa İttifaqı üzvlüyünün tezləşdirilməsi ilə bağlıdır. Aİ üzvlük prossedurunun nə qədər ağır və uzun müddət vaxt aparan bir prossedur olduğu məlumdur. Ukrayna Avropa İttifaqı üzvlüyü üçün artıq bir sıra tələbləri yerinə yetirib. Lakin üzvlük üçün nəzərdə tutulan birinci mərhələyə başlamaq üçün Aİ üzvlərinin hər birinin razılığı olmalıdır. Hələ ki, Macarıstan bu məsələdə veto hüququndan istifadə edir və hesab edir ki, indiki şərtlər daxilində Ukraynaın Avropa İttifaqı üzvlüyü Aİ-nin maraqlarına cavab vermir. İndi Aİ rəhbərliyi Macarısan vetosundan yan keçəcək yeni qəbul prosseduru ilə bağlı təkliflər hazırlayır. 

 

 

Ekspert onu da qeyd edib ki, təklif olunan plan rəsmi Moskvanın da maraqlarına cavab vermək üçün Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların mərhələləi şəkildə aradan qaldırılmasını da nəzərdə tutur:

 

 

“O da nəzərdə tutulur ki, təklif olunan planın icrasına nəzarət etmək üçün xüsusi şura yaradılsın və şuraya rəhbərlik də ABŞ Prezidenti Donald Tramp tərəfindən həyata keçirilsin. İlk baxışdan cəlbedici plan olsa da bu planın Rusiya tərəfindən qəbul olunacağına dair ehtimallar olduqca aşağıdır. Belə ki, Rusiya tərəfi Ukraynaya hansısa təhlükəsizlik zəmanətinin verilməsinə razı olsa da hansısa xarici ölkələrin hərbi birliklərinin Ukrayna ərazisində yerləşdirilməsini məqbul hesab etmir. Bu isə Ukrayna üçün olduqca vacib məsələdir. Digər tərəfdən Rusiya müharibənin dayandırılması, yəni atəşkəsə də razı deyil. Rusiya müharibənin yalnız işğal altında saxladığı ərazilərin, xüsusən də Donbasın Rusiya ərazisi olaraq tanınması şərtilə sülh müqaviləsinin bağlanmasını təklif edir və bəyan edir ki, bu baş verəcəyi halda Rusiya işğalda saxladığı Xerson və Xarkov ərazisindəki mövqelərdən geri çəkilə bilər. Rusiyanın bu tələbinin isə Ukrayna tərəfindən qəbul olunması faktiki olaraq mümkünsüzdür. Digər məsələ, yəni Ukraynanın Aİ üzvlüyü məsələsinə isə Rusiya prinsipcə etiraz etmir.  Yəni göründüyü kimi, Avropa və Kiyev tərəfindən təklif olunan planın Rusiya tərəfindən qəbul olunması ehtimalı olduqca aşağıdır. Bu planın qəbul olunması üçün Rusiyaya maksimum təzyiqin göstərilməsi lazımdır. Bu təzyiq isə Ukraynanın uzaqmənzilli raketlərlə təmin olunmasından, ABŞ, Avropa İttifaqı və NATO ölkələri tərəfindən maksimum dəstək verilməsindən və eləcə də Rusiyanın maliyyə imkanlarını tamamilə tükəndirə biləcək çox sərt sanksiyaların tərbiq olunmasından ibarət olmalıdır. Əgər bunlar baş verəcəksə ancaq o zaman hansısa sülh planının reallaşmasından danışmaq olacaq. Əks halda bu müharibənin hələ bir müddət də davam edəcəyi qaçılmaz olacaq”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər