Avropa Parlamenti Rusiyanın hibrid təhdidlərinə cavabı müzakirə edib
Avropa Parlamentində Rusiya dronları və təyyarələrinin Avropa İttifaqı (Aİ) ölkələrinin hava məkanını son pozuntuları ilə bağlı canlı müzakirələr keçirilib.
"İnformator.az" deputatların əksəriyyəti Avropa Komissiyasının müdafiəni gücləndirmək və "dron divarı" yaratmaq təşəbbüslərini dəstəklədiklərini bildiriblər.
Əsas siyasi qrupların nümayəndələri birlik, müdafiə sənayesinin gücləndirilməsi, NATO və Ukrayna ilə sıx əməkdaşlıq zərurətini vurğulayıblar.
"Rusiya Prezidenti Vladimir Putin yalnız gücü başa düşür", - sərt xəttin tərəfdarları qeyd ediblər. Onlar daha da irəli getməyi və dondurulmuş Rusiya aktivlərindən Kiyevi dəstəkləmək üçün istifadə etməyi təklif ediblər.
"Mütənasiblik və soyuqqanlılıq" çağırışı edən daha təmkinli səslər də eşidilib.