Avropa Parlamentinə seçkilərin tarixi bəlli oldu
Avropa Parlamentinə seçkilər 6-9 iyun 2024-cü il tarixlərində keçiriləcək.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Avropa Parlamentinə (AP) parlament seçkilərinin 6-9 iyun 2024-cü il tarixlərində keçirilməsini təsdiqləyib. AP prezidenti Roberta Metsola da seçki tarixini təsdiqləyən və Aİ vətəndaşlarını gələn il keçiriləcək seçkilərdə səs verməyə çağıran videomüraciət yayımlayıb.
Metsola, "Başqalarının sizin yerinizə seçim etməsinə icazə verməyin. Səs verin" deyə bildirib
Qeyd edək ki, Avropa Şurasına və İttifaqın qanunverici orqanı olan və Aİ büdcəsini təsdiq edən Avropa Parlamentinə daxil olacaq 705 deputatı müəyyən etmək üçün hər 5 ildən bir seçkilər keçirilir. Son seçkilər 2019-cu ilin mayında keçirilib. Bu parlament seçkiləri ilə Aİ Komissiyası və Avropa Şurasının prezidentləri də dəyişəcək.
Aydan
