00:00:00
Yazar
Admin User
29.10.2025 19:14 141 2 dəq oxuma
Siyasət

Avropa rəsmiləri bir araya gələcək

Avropa rəsmiləri bir araya gələcək

Hər keçən gün Ukrayna-Rusiya vəziyyət gərginləşir. Ukrayna və Avropa rəsmiləri atəşkəs planının detallarını müzakirə etmək üçün növbəti günlərdə görüş keçirəcək. Bəs Avropa rəsmiləri Ukrayna-Rusiya münaqişəsini həll etmək üçün real addımlar atmağa çalışacaqmı?

 

Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Avropanın məqsədi sülhə nail olmaq deyil, müharibəni mümkün qədər uzatmaqdır:

 


“Avropanın Rusiya–Ukrayna müharibəsi barədə sülh təklifləri hazırlamaq istəyi heç bir nəticə verməyəcək. Avropanın məqsədi sülhə nail olmaq deyil, müharibəni mümkün qədər uzatmaqdır. Bu baxımdan onların hansı təkliflər hazırlaması, hansı müzakirələr keçirməsi təbii ki, heç bir nəticə verə bilməz. Sülh istiqamətində əsas addımları ABŞ və Çin ata bilər və Rusiyanı müəyyən şərtləri qəbul etməyə məcbur edə bilər. Avropa əgər öz istəyində səmimidirsə, Ukraynaya yardımı artırmalıdır. Ukrayna Rusiyaya qarşı müəyyən uğurlar qazanmasa, Rusiyanın ədalətsiz sülh təkliflərindən imtina etmək çox çətin olacaq. Hazırda Ukraynanın sülh danışıqlarında əsas tələbi atəşkəsə nail olmaq və mövcud təmas xəttində dayanmaqdır. Eyni zamanda, Rusiyanın işğal etdiyi ərazilərin rəsmi şəkildə tanınmamasıdır”.

 

Siyasi şərhçi eyni zamanda açıqlamasında vurğulayıb ki, Ukraynaya daha çox yardım göstərilməlidir:

 

“Bundan əlavə, Ukrayna NATO üzvü olmaq tələbindən də imtina etmək istəmir. Rusiyanın onun ordusunun sayını və hərbi texnikanın miqdarını müəyyənləşdirmək istəyi də Ukrayna tərəfindən rədd edilir. Həmçinin rus dili ilə bağlı da Ukraynanın fərqli mövqeyi var. Ancaq bu plan və istəklərin gerçəkləşməsi üçün Ukrayna gücləndirilməlidir. Ukraynaya daha çox yardım göstərilməlidir. Təəssüf ki, burada Avropa liderləri arasında birlik yoxdur. Uzun müddətdir ki, 140 milyard dollarlıq kredit ayrılması planları müzakirə olunur. Müzakirə olunsa da, yekun qərar qəbul etmək hələ də mümkün olmur və belə görünür ki, yaxın vaxtlarda da mümkün olmayacaq. Avropa yalnız sülhü ləngitmək üçün çalışır, təəssüf ki, real kömək göstərmək imkanına malik deyil. ABŞ hakimiyyətin mövqeyinin dəyişməsi Ukraynanın vəziyyətini bir qədər də ağırlaşdırır. Bu şəraitdə yaxın gələcəkdə Ukraynanı təmin edəcək bir sülh sazişinin ortaya çıxması, təəssüf ki, qeyri-mümkündür”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər