Avropa “sivilizasiyanın silinməsi” ilə üz-üzədir
Prezident Donald Trampın administrasiyası qitəyə xüsusi diqqət ayıran yeni strategiya sənədində Avropanın “sivilizasiyanın silinməsi” ilə üz-üzə qaldığı barədə xəbərdarlıq edib və müəyyən dövlətlərin etibarlı müttəfiq olaraq qala biləcəyini sual altına alıb.
33 səhifəlik Milli Təhlükəsizlik Strategiyası ABŞ liderinin dünyaya baxışını və bu istiqamətdə işləmək üçün ABŞ-nin hərbi və iqtisadi gücündən necə istifadə edəcəyini təsvir edir.
Tramp bu sənədi Amerikanın “bəşər tarixində ən böyük və ən uğurlu dövlət” olaraq qalmasını təmin etmək üçün “yol xəritəsi” adlandırıb. Avropalı siyasətçilər Almaniyanın xarici işlər naziri Johann Wadephulun ölkəsinin “kənar məsləhətə” ehtiyacı olmadığını deməsi ilə reaksiya verməyə başlayıb.
BBC News
Cavahir Əsgərbəyli